Kənd Təsərrüfatı Nazirinin İnnovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və Nazirin məsləhətçisi Martis Splinter Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda olublar.
Görüş zamanı institutda aparılan elmi tədqiqat işlərinin aktuallığı, nəticəyönümlülüyü barədə geniş müzakirələr aparılıb. Nazir müşavirinə institutun maddi-texniki bazasının mövcud vəziyyəti və digər sosial məsələlər barədə məlumat verilib. Həmçinin gələcəkdə institutun fəaliyyət istiqamətinin innovativ düşüncələr, intensiv texnologiyalar əsasında qurulmasına dair əməkdaşlarla müzakirələr aparılıb. Şəbnəm Məmmədova təqdim olunan elmi tədqiqat işlərinin mövzularında innovativ yanaşmalara üstünlük verilməsi, tətbiq olunan metodikaları yeniləməklə gələcəkdə aparılacaq elmi tədqiqat işlərinin kommersiyalaşdırılmasına dair müvafiq tövsiyələr verib.
Görüşün proqramına uyğun olaraq Martis Splinter institutun Gəncə RAEİMM-nin pambıqçılıq istiqaməti üzrə təcrübə sahələrinə baxış keçirib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024