Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Şəki rayonunda 2020-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpini həyata keçirilən sahələrdə fitosanitar monitorinq aparılıb.
Monitorinqin keçirilməsində məqsəd, siçanabənzər gəmiricilərlə sirayətlənmə dərəcəsini müəyyən etmək və mübarizə tədbirlərini bioloji və iqtisadi cəhətdən əsaslandırılmış vaxtlarda həyata keçirməkdir. Monitorinq zamanı səpinin keyfiyyətinə, toxumların dərmanlanmasına da xüsusi diqqət verilib.
Tədbirlər zamanı sahə kənarlarında və şum aparılmayan kövşənliklərdə siçanabənzər gəmiricilər aşkar edilsə də, yeni səpilmiş taxıl sahələrində aşkar edilməyib. Fitosanitar müşahidələrin gəmiricilərin miqdarı iqtisadi ziyanlı həddə çatana qədər davam etdirilməsi nəzərdə tutulub. Tədbirlər çərçivəsində zərərviriciləri iqtisadi cəhətdən hiss olunmayacaq səviyyədə saxlamaq məqsədi ilə AXA-nın mütəxəssisləri tərəfindən fermerlərə müvafiq məsləhət və tövsiyələr verilib.
Qeyd edək ki, fitosanitar monitorinqlər respublikanın bütün bölgələrində həyata keçirilir. Belə ki, sentyabr ayı ərzində ölkə üzrə ümumilikdə 81 690 hektar sahədə müşahidə, 6218 hektar sahədə isə mübarizə tədbirləri həyata keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024