Kənd Təsərrüfatı Nazirliyi əhalinin məşğulluğunu təmin etmək və gəlirlərini artırmaq məqsədilə icma əsaslı istixana layihəsinin icrasına başlayıb. Layihə Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində Bərdə rayonunun Yeni Daşkənd kəndində yaradılan istixana istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kənd İnvestisiya Layihəsinin həyata keçirildiyi kəndlərin bələdiyyə sədrləri və sakinlər iştirak ediblər.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, istixana layihəsi geniş icma yığıncağında icma üzvləri tərəfindən təhlil nəticəsində müəyyən edilərək seçilib. Bu layihə icma üzvləri tərəfindən idarə edilir və əldə olunan gəlir üzvlər arasında bölünəcək. Müəssisədə 6 nəfər icma üzvü daimi, 9 nəfər isə mövsümi işlərə cəlb olunacaq. Burada tərəvəz məhsullarının istehsalı üzrə təkmil təsərrüfat təcrübəsi həyata keçiriləcək, damcı suvarma sistemi, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktiki tədbirlər tətbiq ediləcək.
Məlumat verilib ki, istixana 40 sot sahədə yaradılıb. Əkinəyararlı örtülü qruntun sahəsi isə 25 sotdur. Oktyabr ayından başlayaraq istixanada 9 min ədəd pomidor şitili əkilib. Fevral ayından may ayının sonuna kimi məhsul satışının aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi ölkədə ən geniş əhatəli və uzunmüddətli layihələrdəndir. Bütün ölkəni əhatə edən AzKİL 2005-ci ildən fəaliyyət göstərir və layihənin ikinci mərhələsi başa çatmaq üzrədir. Bu layihə çərçivəsində indiyədək 2200-dək müxtəlif istiqamətli kiçik icma əsaslı layihələr icra olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024