Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) Elmi Şurasının genişləndirilmiş iclasında institutun direktorunun 2018-ci ilin yekunların dair illik hesabatı keçirilib.
İclasda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) baş direktorunun müavini Tariyel Pənahov iştirak edib. T.Pənahov bildirib ki, Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 109 saylı qərarı ilə Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu, R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu və Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutu birləşdirilərək Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu yaradılıb. İnstitutun strukturuna əsasən iki istiqamətdə aparılaraq, texniki bitkilərin tədqiqatları və bitki mühafizə istiqaməti, ümumilikdə iki problem, 19 mövzu, 51 elmi tədqiqat işi aparılıb.
T.Pənahov qeyd edib ki, ötən il institutda müsbət nəticəli elmi tədqiqat işləri respublikanın rayonlarında, 3 fermer təsərrüfatında tətbiq olunub. Bundan başqa respublikanın müxtəlif rayonlarında kənd təsərrüfat bitkilərinin zərərli orqanizmlərə, alaq otlarına qarşı mübarizə sisteminə və texniki bitkilərin becərmə aqrotexnologiyasına dair 18 elmi-praktik təlim və seminarlar keçirilib. 2019-cu ilin məhsulu üçün mövsümə və vaxta görə respublikanın 38 rayonunda elmi-praktik təlim keçirilib. İnstitutda 2019-cu ilin tədqiqatçı-fermer münasibətlərinin formalaşacağı bir ilin olması planlaşdırılır.
Qeyd edək ki, hesabat dövründə görülmüş işlər, 2019-cu ildə görüləcək innovativ xarakterli perspektiv planlar müzakirə edilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024