Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti aqrar sahədə innovasiyaların tətbiqi və texnologiyaların transferi ilə bağlı əməkdaşlıq haqqında razılığa gəliblər.
Əməkdaşlıq çərçivəsində bitki xəstəliklərinin şəkillər vasitəsilə avtomatlaşdırılmış şəkildə müəyyən edilməsi və müalicəsinin həyata keçirilməsi ilə əlaqədar startap layihəsinin reallaşdırılması nəzərdə tutulur.
Startap layihəsində xəstəliyə yoluxmuş bitkilərin şəkilləri çəkilərək mobil tətbiq vasitəsilə serverə ötürülür. Daha sonra sistem tərəfindən xəstəliyin növü, xəstəliyə qarşı mübarizə tədbirləri və müalicə metodları anında istifadəçiyə təqdim edilir.
Qeyd etmək lazımdır ki, bu tip mobil tətbiqlər üzərində dünyanın bir çox inkişaf etmiş ölkələrində işlər aparılır.
Proqramın sınaq versiyasının təqdimatı 2019-cu ilin fevral ayının sonuna planlaşdırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024