Bu il Azərbaycanda 7345,93 hektar sahədə şəkər çuğunduru əkilib. Bu sahələrdən 5693,13 hektarı sadə üsulla, 1652,8 hektarı isə Pivot sistemi ilə suvarılır. Ümumilikdə bu il 25 rayonda şəkər çuğunduru becərilib. Ən çox şəkər çuğunduru İmişli (917,65 ha), Ağcabədi (843,5 ha), Tovuz (668 ha), Tərtər (670,45 ha) Beyləqan (557,7 ha), Füzuli (553.7 ha) rayonlarında əkilib.
Hazırda respublikada şəkər çuğunduru yığımı davam edir. Sentyabrın 23-dək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb. Yığım göstəricisinə görə Hacıqabul rayonu öndədir. Rayonda bu il 171,8 hektar sahədə şəkər şuğunduru becərilib, bu günədək sahələrdən 8 min 498 ton məhsul yığılıb. Tovuz rayonunda 3 min 995 ton, İmişlidə 3 min 502 ton, Ağcabədidə 3 min 253 ton şəkər çuğunduru toplanıb.
Şəkər çuğunduru yığımı davam edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024