2021-ci ildən etibarən 10 ha və daha çox sahəsi olan torpaq istifadəçilərinin torpaq aqrokimyəvi analizlərinə cəlb olunması nəzərdə tutulub. Bu ilin payızlıq əkinləri üçün edilən bəyanlara müvafiq olaraq hazırda monitorinqlərə başlanıb. Torpaq analizlərinin nəticələri monitorinq nəticəsi ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edildikdən sonra əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.
Torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək və ondan səmərəli istifadə etmək, torpağın uzun müddət və davamlı istifadəsini təmin etmək, eyni zamanda aqronomik məsləhət almaq üçün əlavə imkan yaradacaq.
Belə ki, baza analiz paketinə torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot (N) daxildir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya Laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 ha-dan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.
Torpaqların analiz edilməsi prosesində ən mühüm addımlardan biri nümunələrin düzgün götürülməsidir. Torpaq nümunələrinin götürülməsi “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun həyata keçirilməlidir. Təlimata əməl etməklə, analiz üçün nəzərdə tutulan torpaq nümunələrini hər bir fermer özü götürüb respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş Regional Aqrokimyəvi Laboratoriyalarına (Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkaran, Səlyan, Ucar və Bərdə) və ya regionlarda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzlərində təşkil olunmuş qəbul şöbələrinə təqdim etməlidir. Nümunə yerlərinin coğrafi koordinatları mütləq qeyd edilməlidir. Təlimatla Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www.axa.gov.az) və sosial media hesablarında tanış olmaq mümkündür.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024