Hər hektardan orta hesabla 50 sentnerdən çox pambıq istehsalı gözlənilir.
Bu il ilk dəfə olaraq Beyləqan rayonunun Mil Təcrübə Stansiyasında pambığın innovativ texnologiya ilə becərilməsi həyata keçiriəcək. Pambıq ənənəvi becərmədən fərqli olaraq, tirəyə əkin üsulu ilə becəriləcək, damlama suvarma sistemi ilə suvarılacaq. Pambığın becərilməsində innovativ aqrotexniki tədbirlər həyata keçiriləcək. Məqsəd yeni texnologiyanı tətbiq etməklə pambığın məhsuldarlığını yüksəltməkdir. Yeni texnologoyanın tətbiq edildiyi nümunəvi tarlanın hər hektarından orta hesabla 50 sentnerdən yuxarı pambıq istehsal ediləcəyi gözlənilir.
Pambığın becərilməsində yeni texnologiyanın tətbiq ediləcəyi Beyləqan rayonunun Mil Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyinin, Beyləqan Dövlər Aqrar İnkişaf Mərkəzinin, pambıqçılıq şirkətlərinin nümayəndələrinin, Türkiyədən gəlmiş mütəxəssislərin və pambıqçılıqla məşğul olan fermerlərin iştirakı ilə tarla günü keçirilib. Pambıq əkiləcək 7 hektar sahə yeni texnika və aqreqatların köməyi ilə səpinə hazır vəziyyətə gətirilib.
Məlumat verilib ki, ərazidə Türkiyədən gətirilmiş, həmçinin yerli pambıq sortları müasir texnologiyanın tətbiqi ilə becərilərək sınaqdan keçiriləcək. Bölgə üçün müəyyənləşən məhsuldar pambıq sortları seçilərək toxumları emal ediləcək, qablaşdırılıb əkin üçün fermerlərə veriləcək.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024