Respublikada taxıl biçini davam edir. İyunun 24-nə olan operativ məlumata görə, artıq 578250 hektar sahədə biçin başa çatıb. Sahələrdən 1832176 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sentner təşkil edir.
Bugünədək 321086 ha sahədə arpa, 257164 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 993115 ton arpa, 839061 ton buğda yığılıb.
Biçin prosesində 1720 kombayn iştirak edir. Bunlardan 977 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçin zonasında “Aqroservis” ASC-nin rayon bölmələrində olan 495 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 248 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 179315 ha, özəl kombaynlar ilə isə 398935 ha sahə biçilib.
Biçin davam edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024