Ağcabədi, Qobustan və Salyanda şum prosesi tam başa çatıb.
Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Sentyabrın 25-dək 720857 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 294177 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 68,8 faizi şumlanıb.
Ümumilikdə şum prosesinə 2355 traktor cəlb olunub. Ağcabədi (29175 ha), Qobustan (31000 ha) və Salyan (16734 ha) rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb. Füzuli (98,1%), Bərdə (93,8%), Oğuz (93,8%), Kürdəmir (93,6%), Xocavənd (93,5%), Yevlax (91,7%) İmişli (91,2%), Ağstafa (91%), rayonlarında əkin sahələrinin 90 faizdən çoxu şumlanıb. Biləsuvar, Goranboy, Sabirabad, Şamaxı, Şəmkir və Tərtər rayonlarında da şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024