Cənub bölgəsinin iri taxılçılıq rayonu olan Cəlilabadda taxıl biçini davam edir. Taxılın vaxtında və itkisiz yığılması, taxılyığan kombaynların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkətinə nəzarət məqsədilə Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Cəlilabad rayonuna ezam edilib.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Cəlilabadın Astallı, Fərzili, Dələli, Zopun, Gülməmmədli, Moranlı, Bədirli və digər kəndlərində fermerlərlə görüşüb, onların şikayətlərini dinləyib. Fermerlərin problemləri yerində həll edilib.
Qeyd edək ki, rayonun Əliqasımlı, Bədirli, Sabirabad, Alar, Günəşli, Uzuntəpə kəndlərində biçin artıq yekunlaşıb. Şabanlı kəndində biçinin bu gün ərzində yekunlaşacağı gözlənilir.
Hazırda Privolnı kəndində 9 ədəd “SK-5”, 1 ədəd “Klass Dominator”, Üçtəpə kəndində 5 ədəd “SK-5”, Moranlı kəndində 4 ədəd “SK-5”, 1 ədəd “Klass Dominator”, Qarakazımlı kəndində 3 ədəd “SK-5”, Qarazəncir kəndində 2 ədəd “SK-5”, Təzəkənddə 4 ədəd “SK-5”, Seyidbazar kəndində 1 ədəd “SK-5”, Dələli kəndində 5 ədəd “SK-5” tarlalarda taxıl biçinində iştirak edir.
Bu gün Cəlilabad rayonunun dağ kəndi Təklə kəndinə taxıl biçininə 2 kombayn cəlb edilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024