Çexiyanın Kənd Təsərrüfatı nazirinin müavini Pavel Veselinin rəhbərliyi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən ibarət nümayəndə heyəti və Çexiya Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Milan Ekert Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində olub.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkədə kənd təsərrüfatının mövcud vəziyyəti, imkanlar və perspektivlər, ölkə rəhbərliyinin aqrar sahəyə olan qayğısı haqqında qonaqlara ətraflı məlumat verib. Həmçinin rektor görüşdə aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, ən müasir avadanlıqlarla təchiz edilən yeni laboratoriyalar, tələbələrə verilən güzəştlər, ən müasir tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi barədə də danışıb. Rektor ADAU-nun Avropa universitetləri ilə aqrar sahədə olan əlaqələrini qeyd edib və Çexiya universitetləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Çexiya Kənd Təsərrüfatı nazirinin müavini Pavel Veselin öz növbəsində səmimi qəbula görə rektor İbrahim Cəfərova minnətdarlığını bildirib. Nazir müavini öz çıxışında Çexiyanın kənd təsərrüfatının mövcud vəziyyəti haqqında geniş məlumat verib, qlobal iqlim dəyişikli ilə əlaqədar kənd təsərrüfatının getdikcə daha da əhəmiyyət kəsb edəcəyini bildirib.
Pavel Veselinin görüşdən məmun qaldığını və ADAU-nun Çexiya Respublikasının Aqrar universitetləri ilə təhsil və elm sahəsində əlaqələrinin genişləndirilməsi istiqamətində müvafiq dəstək göstərəcəyini bildirib.
Görüşdən sonra qonaqlar ADAU-nun təhsil şəraiti, texniki bazası ilə yaxından tanış olub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024