Aqrar Xidmətlər Agentliyinin müvafiq rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərin küpələrinin yaz nəzarət müşahidələri və mübarizə tədbirlərinə hazırlıq işləri davam etdirilir. Hazırlıq işləri zamanı xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilir.
Çəyirtkəkimilərin ən çox müşahidə edildiyi ərazilərdə (Küdrü düzü, Ceyrançöl, Padarçöl) mübarizə tədbirlərinin səmərəli təşkili üçün texniki vasitə və avadanlıqlar sazlanaraq hazır vəziyyətə gətirilib və mobil dəstələr üzrə qruplaşdırılıb. Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən Biləsuvar, Sabirabad, Saatlı, Salyan və İmişli rayonlarının inzibati ərazilərinə daxil olan Küdrü düzü ərazisində xüsusi təhlükəli zərərli orqanizm olan çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə işlərinə hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə mübarizəyə cəlb olunan texnikalara baxış keçirilib.
Çəyirtkəkimilərlə sirayətləmiş ərazilərdə mübarizə işlərinin səmərəli və mütəşəkkil təşkili üçün Aqrar Xidmətlər Agentliyinin balansında olan mobil ultra kiçik həcmli ciləyici aqreqatlarla təchiz olunamuş 8 ədəd Mitsibişi-L200 markalı avtomaşın, iri tutumlu yerüstü çiləyicilər qoşulmuş 6 ədəd MTZ-892 markalı traktor, su avtomaşını və yanacaq çəni sirayətlənmiş ərazilərə yaxın olunan “Saatlı Aqroparkı”nın lazımi infrastruktura malik ərazisində dislokasiya olunub. Kimyəvi mübarizə işlərində istifadə olunacaq preparatlar və digər vasitələr təhlükəsizlik qayda və tələbləri gözlənilməklə Aqroparkın anbarına yerləşdirilib. Qeyd olunan ərazidə çəyirtkələrin mövcud bioloji inkişaf səviyyəsi nəzərə alınmaqla, aprel ayının üçüncü ongünlüyündən etibarən mübarizə tədbirlərinə başlanılması nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024