Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən mühazirəni Honq-Konq Bilik İdarəetmə və İnnovasiya Tədqiqatları Mərkəzinin (KMIRC) direktoru, Honq-Konq Politexnik Universitetinin Təhsil İnkişaf Mərkəzində Təhsilin İnkişaf etdirilməsi üzrə mütəxəssisi Eric Tsui təqdim edib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Emin Əliyev, ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov mövzunun aktuallığı, ölkəmizdə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, aqrar təhsilin və elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Professor Eric Tsui dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti, sosial-iqtisadi inkişafda rolu, süni intellektdən istifadə ilə bağlı təqdimatla çıxış edib.
Onlayn mühazirədə iştirak edən universitetin ingilis bölməsi üzrə müvafiq ixtisaslarda təhsil alan tələbələrinin sualları mühazirəçi tərəfindən cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024