Oktyabrın 24-də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və “Moran Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşəbbüsü ilə Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə media-tur təşkil olunub. Media-turu təşkil etməkdə məqsəd, əkinçiliklə məşğul kənd sakinlərinə mineral gübrələrin və sertifikalı toxum məhsullarının pulsuz paylanılmasını yaxından izləməkdir.
Media nümayəndələrinin iştirakı ilə baş tutan görüş çərçivəsində kənd sakinlərinə 13,6 ton mineral gübrə və 10 ton sertifikatlı toxum paylanılıb.
Mineral gübrələr və toxum məhsulları kənd sakinlərinə paylanıldıqdan sonra mətbuat nümayəndələri yerli fermerlər tərəfindən yetişdirilən pambıq sahələrinə baxış keçiriblər. Baxış zaman jurnalistlərin pambıqçılıq sahəsində fəaliyyət göstərən qabaqcıl fermerlərlə görüşü keçirilib və fermerlər onların pambıqçılıqla bağlı çoxsaylı suallarını cavablandırıblar.
Görüşdən sonra jurnalistlər qəsəbə ərazisində gəzintidə olmuş, sakinlərin yaşam tərzi ilə tanış olublar. Mineral gübrələrin və sertifikalı toxumun pulsuz paylanılması və media nümayəndələri ilə baş tutan görüş qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, sentyabr ayının 10-dan etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. “Aqrolizinq” ASC və “Moran Aqro” MMC-nin birgə təşəbbüsü ilə baş tutan görüşün bir məqsədi də Cocuq Mərcanlı kənd sakinlərinin də səyyar satışdan yararlanmalarını təmin etməkdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024