Ölkə ərazisinin epizootik sabitliyinin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE-Beynəlxalq Epizootik Büro) tələblərinə uyğun olaraq "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na əsasən 2019-cu ilin sentyabr ayından respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb.
Həmçinin sentyabrın ilk günlərindən təsərrüfatlarda saxlanılan cavan iribuynuzlu (3-6 aylıq) heyvanlarda qarayara xəstəliyinə qarşı profilaktik tədbirlərə start verilib.
Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların baytar mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələrini tövsiyə edir. Həmçinin xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda respublikanın ərazisində epizootik vəziyyət sabitdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024