Aqrar Xidmətlər Agentliyində yerli qurumlara işə qəbul olunmuş kadrlarla görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) vakant yerlər üzrə vəzifəyə uyğun sayılan 38 nəfər müvafiq işlə təmin edilib. AXA sədri Seymur Mövlayev bu gün Agentlikdə işə qəbulla bağlı müsabiqə və müsahibədən keçən 38 nəfərlə görülüb.
Görüşdə S. Mövlayev işə qəbul olunan mütəxəssisləri təbrik edərək, Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, qarşıda duran yeni hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Sədr AXA-nın fəaliyyətində əsas hədəflərin daim fermerlərin yanında olmaq, şəffaflığı və vətəndaş məmnunluğunun təmin etmək olduğunu deyib, bu hədəflərə nail olmaq üçün mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Tədbir iştirakçılarına son illərdə aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verilib. S. Mövlayev mütəxəssislərə aqrar sahənin dinamik və dayanıqlı inkişafının təmin edilməsi işində müvəffəqiyyətlər arzulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu, seçilmiş kardlarla yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı mütəmadi təlimlərin keçiriləcəyini bildirib. Dövlət qulluqçularının etik davranış qaydarlarına əməl etməsinin vacibliyini önə çəkən İlham Süleymanov AXA üzrə boş qalan vakant yerlərlə bağlı yaxın günlərdə yeni işə qəbul elanının veriləcəyini deyib.
Yeni işə qəbul olunan mütəxəssislər müsahibə və müsabiqənin tam şəffaf keçirildiyini bildirib, üzərlərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylə çalışacaqlarını deyiblər.
Qeyd edək ki, sentyabrın 6-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer müsabiqəyə çıxarılıb. Müsabiqəyə çıxarılan vakansiyalar aqronom, baytar həkimi, baytar feldşeri və aqrar sektorun digər sahələri üzrə ixtisaslı yerlərdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024