Bir mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 5 texnika texniki baxışdan keçirilib
Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən respublikanın 17 regionunda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb. İmtahan-qeydiyyat məntəqələrinin işini daha sürətli, operativ şəkildə və şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq prinsipinə əsaslanaraq vətəndaşlara yerlərdə xidmət göstərməsi məqsədilə Xidmət tərəfindən yaradılmış Səyyar Xidmət Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, dövlət qeydiyyatından yayınmış texnikaların qeydiyyata alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi proseslərini həyata keçirir.
Ötən dövr ərzində qrup tərəfindən Şirvan, Qazax, Quba, İmişli, Masallı, Bərdə, Ağsu, Beyləqan, Ağcabədi, Balakən, Qax, Saatlı, Salyan, Şəki, Şamaxı, Göygöl, Şəmkir, Yevlax, Cəlilabad, Lənkəran, Lerik, Hacıqabul, Siyəzən, Zərdab, Qobustan, Ağstafa, Cəbrayıl, Füzuli və digər bölgələrində 6000-dən artıq artıq mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 120 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 300-ə yaxın nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 110 nəfərdən çox vətəndaşlardan nəzəri imtahan qəbul edilib.
İyulun 20-də isə Şamaxıda Səyyar Xidmət Qrupu tərəfindən Qəbələ, İsmayıllı, Şamaxı, Qobustandan gəlmiş 65 mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz olunub, 1 nəfər imtahan verərək traktor və mexaniki nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi alıb, 5 nəfər texnikasını texniki baxışdan keçirib, 5 nəfərin texnikası isə dövlət qeydiyyatına alınıb. Mexanizatorlara səyyar xidmətin göstərilməsini Şamaxıda səfərdə olan kənd təsərrüfatı naziri İnam Kərimov da izləyib.
Nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024