Respublika ərazisində taxıl biçini prosesinin gedişatı ilə bağlı mövcud vəziyyətin, carı tapşırıqların icrasının dəyərləndirməsi məqsədilə videokonfrans keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin təşkil etdiyi videokonfransda Ağsu, Astara, Xaçmaz, Füzuli, İmişli, Saatlı, Beyləqan, Şamaxı, Qobustan və Hacıqabul rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yanında fəaliyyət göstərən Fermerlər Şurasının sədrləri və fermerlər də iştirak edib.
Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir. Şöbə müdiri ölkədə aqrar sahədə həyata keçirilən tədbirlər, karantin günlərində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Videokonfransda taxıl biçini ilə bağlı mövcud vəziyyət müzakirə edilib. Bildirilib ki, taxıl biçininin optimal müddətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülüb və hazırda taxıl biçini prosesi davam edir.
Onlayn konfransda iştirak edən Fermerlər Şurasının üzvləri taxıl biçini prosesinin təşkilindən razı qaldıqlarını vurğulayıblar. Videokonfransda suvarma suyu ilə təminat, fermerlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində görülən işlər müzakirə edilib, Fermerlər Şurasının fəaliyyətinin təmilləşdirilməsi üçün təkliflər səsləndirilib.
Taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi üçün Fermerlər Şurasının üzvlərinə müvafiq tövsiyələr verilib, onların sualları cavablandırılıb, təklifləri qeydiyyata alınıb.
Videokonfransda bölgələrdə yaşayan fermerlər arasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanaraq onlarla karantin rejiminin tələblərini pozmadan məsafədən ünsiyyətin gücləndirilməsi, məsləhət-informasiya xidmətinin daha da genişləndirilməsi, cari işlərin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması tapşırılıb.
DAİM-lərin yanında Fermerlər Şurasının üzvləri ilə mütəmadi videokonfransların mütəmadi keçirilməsi nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024