Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin təlabatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir. Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli və vaxtında səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması gələcək məhsulun əsası deməkdir.
Bununla əlaqədar olaraq dağlıq və dağətəyi bölgələrdə fermerlərin elit və reproduksiyalı toxuma olan təlabatının vaxtında ödənilməsi səpinin optimal müddətdə həyata kecirilməsinə zəmin yaradıb. Artıq sentyabr ayının 18-dən daglıq bölgələrdə toxumluq sahələrdə taxıl səpininə başlanılıb. Dağlıq dəmyə şəraitində payızlıq taxılların səpini sentyabr ayının 20-dən oktyabr ayının 10-dək olan müddətdə başa catmalıdır.
Respublikanın az yağmurlu quraq dəmyə bölgəsində payızlıq taxılların məhsuldarlıgına təsir edən əsas amillərdən biri yağmurların az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yagmurları başlayana qədər başa catdırılmalıdır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024