Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 2019-cu il 15 aprel tarixdə elan edilmiş müsabiqə üzrə müsahibə elanında vəzifəyə uyğun bilinən 11 nəfər namizədlə görüşüb.
Görüşdə S.Mövlayev iştirakçıları təbrik edərək, yeni yaranmış Aqrar Xidmətlər Agentliyinin həmçinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin fəaliyyət istiqamətləri, qarşıya duran yeni hədəflər barədə məlumat verib. Bu vəzifələrin həyata keçirilməsində gənclərin üzərinə də böyük vəzifələrin qoyulduğunu nəzərə çatdırıb.
Tədbir iştirakçılarına son illərdə aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verən S.Mövlayev namizədlərlə yaxından tanış olub, aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edilməsində müvəffəqiyyətlər arzulayıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024