Bu gün Dövlət Aqrar Ticarət Şirkətində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı Koreya təcrübəsinin öyrənilməsi, bu istiqamətdə təcrübə mübadiləsi proqramının ilkin hazırlıq işlərinin görülməsidir.
Qonaqlar əvvəlcə Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi çərçivəsində eyniadlı satış mərkəzi ilə tanış olublar. Şirkətin direktoru Leyla Məmmədova qonaqlara layihənin məqsədi və görülən işlər barədə məlumat verib.
Daha sonra KOICA-nın nümayəndəsi Dr. İn-Şik Nam tərəfindən iki qurum arasında əməkdaşlıq çərçivəsində görüləcək işlərlə bağlı təqdimat edilib.
Ardınca KOICA-nın ölkə üzrə direktoru Park Kumok və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova hər iki qurum arasında əməkdaşlığı rəsmiləşdirən iclasın protokolunu imzalayıblar.
İmzalanmış protokolu şərh edən DATŞ direktoru Leyla Məmmədova bildirib ki, KOICA ilə əldə olunmuş razılıq nəticəsində ölkəmizdə keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində daha bir beynəlxalq təcrübə tətbiq olunacaq.
“Əldə olunmuş razılığa əsasən, qarşıdakı 3 il ərzində ərzaq və kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı sistemi, ərzaq istehsalı, emalı və bölüşdülməsi, ölkəmizdə ərzaq tədarükü və təchizatı sisteminin təhlükəsiz və keyfiyyətli idarə edilməsi sahəsində Koreya təcrübəsinin öyrənilməsi nəzərdə tutulub. Bundan əlavə olaraq, ölkəmizdə elektron tədarük sisteminin təkmilləşdirilməsində Koreya təcrübəsinin öyrənilməsi və tətbiqi həyata keçiriləcək. Razılığa əsasən, bizim əməkdaşlarımız Koreyaya səfər edəcək və bu sistemin yerində necə işləməsi ilə əyani tanış olacaqlar. Hər il 10 əməkdaşımız Koreyada təlimlərdə iştirak edəcək, eyni zamanda Koreyalı mütəxəssislər bu sahədə mütəmadi olaraq məlumatlandırma və müşavirlik fəaliyyətini həyata keçirəcək.”
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024