Dövlət Toxum Fondunun rəhbərliyi ilə Azərbaycan Toxumçular Assosiasiyasının üzvləri arasında görüş keçirilib.
Görüşdə Dövlət Toxum Fondunun sədri Emin Əliyev, Fondun Satış və Biznesin İnkişafı şöbəsinin müdiri Mədinə Əliyeva, İnzibati idarəetmə şöbəsinin müdiri Akif Əkbər, Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev, sədr müavini Zaur Əliyev, sədrin müşaviri Ehtiram Nağıyev istirak edib.
Görüşdə çıxış edən Dövlət Toxum Fondunun sədri Emin Əliyev keyfiyyətli toxum istehsalı ilə bağlı görülən işlər, toxum emal zavodları, “ToxumArt” layihəsi haqqında tədbir iştirakçılarına məlumat verib.
Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev bildirib ki, respublikamızda toxumçuluğun inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi bu istiqamətdə geniş perspektivlərə yol açacaq.
Görüşün sonunda ölkədə toxuma olan ehtiyacın müəyyənləşdirilməsi, toxumçuluq sahəsində konfrans və sərgilərin keçirilməsi, “ToxumArt” layihəsi çərçivəsində sertifikatlı toxumların topdan və pərakəndə satışının birgə təşkilini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024