Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun nümayəndə heyəti Rusiya Federasiyasının Çuvaşiya vilayətində keçirilən XII Regionlararası “Каrtof-2020” sərgisində iştirak edib.
Sərgidə Rusiya Federasiyasının 30-dan çox vilayətindən 82 kartof toxum istehsalçısı təmsil olunub.
Azərbaycan nümayəndə heyəti “Norika”, “HZPC Sadokas”, “Alçak”, “Solana”, “Slava kartofelyu”, “Kastromskoy kartofel” və digər kartof toxum istehsalçılarının sərgilədiyi məhsullarla tanış olub, kartof toxumu istehsalçıları ilə görüşüblər.
Görüşdə kartof toxumunun fərqli dərinlikdə torpağa əkilmə qaydaları, dərmanlardan istifadə və digər aqrotexniki tədbirlər barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyəti əkin sənayesində mövcud innovasiyalar və texnologiyaları müzakirə edib, qabaqcıl təcrübələrlə tanış olublar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024