Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb və bununla əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb. Bu müraciətlə əlaqədar Şamaxı, Balakən və Göygöl rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilib.
Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə patogen və şərti patogen mikroorqanizmlərin məhv edilməsi təsərrüfatların salamatlığında xüsusi əhəmiyyət kəsb edir. Odur ki, rayonlarda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılması vacibdir. Bu tədbirlər müqavilə əsasında həyata keçirilir və satışa çıxarılan heyvanların salamatlığının qorunmasına xidmət edir.
Dezinfeksiya aparılan zaman, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin və yerin mexaniki təmizliyinə fikir verilib. Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.
Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar obyektlər üzərinə “DUK” maşınları ilə güclü axın şəklində səpilib.
Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, tədbirlər bundan sonra da diri heyvanların satışı aparılan bazarlarda, heyvan saxlanılan və bəslənilən təsərrüfatlarda ardıcıl şəkildə aparılacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024