Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.
Forum zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki “Aqroeksport” şirkəti arasında gələcək əməkdaşlıqla bağlı memorandum imzalanıb.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova imzalanmış memorandumu üç aydır fəaliyyət göstərən Şirkətin ilk beynəlxalq uğuru kimi qiymətləndirib:
“Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Federasiyasının analoji şirkətləri arasında əməkdaşlıq iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ olacaq, həm ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına öz müsbət təsirini göstərəcək, həm də qarşılıqlı əməkdaşlığın faydalarını hər iki tərəf hiss edəcək. Biz, Dövlət Aqrar Ticarət Şirkəti olaraq Rusiyanın ixtisaslaşmış mərkəzləri ilə bu istiqamətdə fəaliyyətimizi daha sıx əlaqələndirəcəyik. Rusiyanın aqrar sahədə fəaliyyət göstərən zəngin təcrübəyə malik şirkətlərinin təcrübəsindən yararlanmaq xüsusilə kiçik və orta fermer təsərrüfatı sahiblərinə faydalı olacaq”.
Rusiya şirkətləri ilə əməkdaşlığın daha bir istiqamətinin təcrübə və bilik mübadiləsinin aparılması olduğunu deyən DATŞ rəhbəri iki ölkə arasında münasibətlərin inkişafında aqrar sahənin payının gələcəkdə daha da artacağını, eyni zamanda, fyuçers kontraktlar (müqaviləyə əsaslanan istehsal) vasitəsilə Azərbaycanın keyfiyyətli və təbii kənd təsərrüfatı məhsullarının etibarlı tərəfdaş kimi Dövlət Aqrar Ticarət Şirkəti vasitəsilə Rusiya bazarlarına çıxarılacağını bildirib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024