Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun imzalanmasında məqsəd Dövlət Aqrar Ticarət Şirkətinin layihəsi olan \"Kənddən şəhərə\" şəbəkələrində assosiasiyanın üzvü olan fermerlərin məhsullarının satışını həyata keçirmək və birgə maarifləndirmə işlərinin reallaşdırılmasıdır.
Tədbirdə çıxış edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov bu əməkdaşlığın tərəflər arasında böyük əhəmiyyətə malik olacağını vurğulayıb.
O qeyd edib ki, sözügedən şirkətlə əlaqələrin qurulması nəticəsində fermerlər öz məhsullarını rahat şəkildə şəhər bazarlarına çıxara biləcəklər, onlar üçün bu sahədə lazımi şərait yaradılacaq.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova rəhbərlik etdiyi şirkətlə bağlı məlumat verib. O bildirib ki, şirkət yeni yaradılmasına baxmayaraq, kənd təsərrüfatı sahəsində ixtisaslaşan bir sıra qurumlar və fermerlərlə əməkdaşlığa başlayıb.
Onun sözlərinə görə, bəzən fermerlərin öz məhsullarının satışı ilə bağlı problemlər olur: “Qarşıya çıxan problemləri fermerlərlə və eləcə də assosiasiya ilə birgə həll etməyə çalışacağıq”. Bundan başqa, assosiasiya ilə əməkdaşlıq memorandumunun imzalanması birgə maarifləndirici tədbirlərin təşkilində də müsbət rol oynayacaq.
L. Məmmədova bildirib ki, gələcəkdə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. O, həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi şirkətdə fermerlərlə iş şöbəsi yaradılıb.
Tədbirdə qeyd olunub ki, bu ay \"Kənddən şəhərə\" layihəsi ilə bağlı paytaxtda mağaza və yarmarkaların açılışı planlaşdırılır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024