Dövlət Baytarlıq Xidməti diri heyvanların satışı aparılan rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlayıb. Müraciətdə ölkə ərazisində mövcud olan epizootik vəziyyətin sabitliyinin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayonda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilməsinə zərurət yarandığı bildirilir.
Müraciətdə rayon baytarlıq idarələrinin mütəxəssisləri tərəfindən qeyd olunan tədbirlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun rayon ərazisində operativ şəkildə həyata keçirilməsinə əməli köməklik göstərilməsindən və qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024