Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev və Xidmətin bir qrup baytar həkimi Astara rayonuna ezam ediliblər. Xidmət rəisi və baytar həkimlər Astara rayonunun Əsxənəkəran, Pəlikəş, Hamuşam, Siyəkü, və Səncərədi kəndlərində olublar. Ezamiyyənin məqsədi ərazidə saxlanılan xırdabuynuzlu heyvanlar arasında epizootik vəziyyəti araşdırmaq və yerli baytarlıq mütəxəssislərinə əməli köməklik göstərmək olub.
Rayonun kəndlərində heyvanlara kliniki baxış keçirilib, təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılıb və heyvanlardan müayinə məqsədi ilə nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Milli İstinad Laboratoriyasına göndərilib.
Həmçinin təsərrüfatlarda müalicəsi tələb olunan heyvanlarda müalicə işi aparılıb, mütəxəssislərə əməli köməklik göstərilib, təsərrüfatda invazion və qan-parazitar xəstəliklərinə qarşı aparılan tədbirlərin vacibliyi önə çəkilib.
Kəndlərdə Bayandur Rzayev təsərrüfat sahibləri ilə görüşərək lazımı tövsiyə və məsləhətlər verib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, hal-hazırda respublikada, o cümlədən Astara rayonunda iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024