Nümayəndə heyəti bioloji laboratoriyada istifadə ediləcək müasir avadanlıqların alınması məqsədi ilə bu ölkəyə səfər edib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəis müavini Yaqub Cəfərov, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov və Dövlət Xidmətinin Abşeron Bioloji Laboratoriyasının müdiri Mehrəli Mehrəliyevdən ibarət nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədirlər.
Nümayəndə heyəti Dövlət Xidməti tərəfindən keçirilmiş tender zamanı razılaşması əldə edilmiş habrobrokan və trixoqrammanın yetişdirilməsində istifadə edilən yeni avadanlıqların alınmasını təmin etmək məqsədi ilə bu ölkəyə səfər edib.
Səfər çərçivəsində həmçinin Azərbaycanla Özbəkistan arasında adıçəkilən həşəratların yetişdirilməsi ilə əlaqədar təcrübə mübadiləsi aparılıb. Eyni zamanda bu həşəratların istehsal prosesinin Azərbaycan Respublikasının iqlim şəraitinə uyğunlaşdırılması, onların istehsalı prosesi zamanı ortaya çıxacaq problemlərin aradan qaldırılması və avadanlıqların müasir tələblərə uyğun olaraq hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Özbəkistanın “Meximaş” MMC-yə məxsus zavodun rəhbərliyi ilə görüşmüş və zavodda bioloji avadanlıqların istehsal prosesini izləyib, eyni zamanda zavodda istehsal olunan avadanlıqların tətbiq olunduğu bioloji laboratoriya ilə tanış olublar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024