“Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə yeni bitki sort və hibridləri qeydiyyata alınıb.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 14 fevral 2019-cu il tarixli əmrinə əsasən Respublikanın müxtəlif bölgələri üçün becərilməsinə icazə və Patent (müəllif hüququnun qorunması) verilməsi məqsədi ilə 38 bitki üzrə 232 sort və hibrid qeydiyyata alınıb. Bunlardan 39 sort və hibrid dənli, dənli-paxlalı, texniki və yem bitkilərinə, 30 sort çoxillik əkmələrə, 163 sort və hibrid isə tərəvəz, bostan bitki qruplarına aiddir. Qeydiyyata alınan sort və hibridlərin 23-ü yerli, 209-u isə xarici sort və hibridlərdir.
Patent məqsədi ilə qeydiyyata alınanlar yumşaq buğdanın “Start”, “Mətin”, “Baba-75”, “Nurcahan”; bərk buğdanın “Maya”, “Göytəpə”, “Zəngəzur”; arpanın “Cəmil”; qarğıdalının “Fəxri”; noxudun “Nəzrin”, “Cəmilə”; inək noxudunun “Ayla”; pambığın “Gəncə-132”, “ADN-123”; tut ipəkqurdu cinsinin “Yaqub”, “Çingiz”; tut ipəkqurdu hibridinin “Çingiz x Yaqub”, “Yaqub x Çingiz”; çayın “Fərmançay Çəhrayı”, “Fərmançay”, “Lənkəran”, “Xəzər”; zeytunun “Elçin”, “Aylin”; almanın isə “Sekzie” və “İnored” sort və hibridləridir. Bundan başqa müxtəlif torpaq-iqlim şəraitində sınağı aparılan və nəticəyə əsasən Respublika ərazisində istifadəsinə icazə məqsədil ilə 206 sort və hibrid qeydiyyata alınıb.
Qeydiyyata alınan sort və hibridlər barədə ətraflı məlumat Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin saytında yerləşdirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024