Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılığın inkişafı istiqamətində son illərdə ciddi addımlar atılır. Respublika ərazisində pambığa aid əkin sahələri genişləndirilir, yeni məhsuldar sortlar qeydiyyata alınaraq istehsalatda tətbiq olunur. Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin müvafiq sort-sınaq məntəqələrində yeni pambıq sortlarına aid sort-sınaq işlərinin aparılması ilə bərabər pambığın istehsalat əkinlərinə də geniş yer verilir.
Salyan Dövlət Sort Sınaq Məntəqəsində pambıq bitkisinə aid 19 yerli və xarici sortlardan ibarət sort sınaq işləri aparılıb. Sortlar üzrə ayrı-ayrılıqda fenoloji müşahidələr aparılmış, məhsuldarlıq göstəriciləri təyin edilmiş və kimyəvi analiz aparmaq üçün nümunələr Bakı Kimya Texnoloji Laboratoriyasına göndərilib. Məntəqədə UPOV (Yeni Bitki Sortlarının Mühafizəsi haqqında Beynəlxalq Konvensiya) metodikasına uyğun olaraq pambıq sortlarının 41 xüsusiyyəti üzrə qiymətləndirmə işləri yerinə yetirilərək fərqlilik, oxşarlıq və sabitlik əlamətləri müəyyən edilib. Bundan başqa Salyan DSSM-də 14 hektar sahədə pambıq becərilmişdir və 38 ton məhsul əldə edilib. Orta məhsuldarlıq məntəqə üzrə 27.5 s/ha olub.
Ağdam Dövlət Sort Sınaq Məntəqəsində 18 hektar sahədə pambıq becərilib. Ümumi olaraq 52.2 ton məhsul toplanıb ki, orta məhsuldarlıq məntəqə üzrə 29s/ha olub.
Kürdəmir Pambıq Toxumu üzrə Sınaq Məntəqəsində cari ildə 30 hektar sahədə pambıq becərilib. Bu günə qədər sahədən 61 ton məhsul toplanılıb. Orta məhsuldarlıq 20 s/ha olub.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qeyd olunan sort-sınaq məntəqələrində pambıq yığımı davam edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024