Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq olunmuş iş planına əsasən müxtəlif torpaq-iqlim şəraitinə malik 6 Dövlət Sort Sınaq Məntəqəsində (DSSM) payızlıq dənli bitkilərə aid sort-sınaq işləri həyata kecirilir. İsmayıllı DSSM-də 31 buğda, 6 arpa, Gədəbəy və Qusar DSSM-də 19 buğda, Salyan DSSM-də 33 buğda, 8 arpa, Ağdam DSSM-də 26 buğda, Naxçıvan DSSM-də isə 19 buğda və 10 arpa sortları üzrə səpin işləri yerinə yetirilib.
Müxtəlif bölgələr üzrə Təsərrüfat Faydalı Sınaqların (TFS) aparılmasında əsas məqsəd yerli şəraitə uyğun, xəstəlik və zərərvericilərə davamlı, daha məhsuldar və keyfiyyətli sortların seçilməsindən, Dövlət Reyestrində qeydiyyata alınmasından və istehsalatda tətbiq olunmasından ibarətdir.
Fərqlilik, Oxşarlıq və Sabitlik (FOS) sınaqlarının aparılmasında isə məqsəd seleksiya nailiyyətlərinin fərqliliyini, oxşarlığını və sabitliyini müəyyən etməklə patent verilməsi və mühafizə hüququnun qorunmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə İsmayıllı DSSM-də 31 buğda və 6 arpa sortu üzrə FOS sınaqlarına aid təcrübələr üzrə səpin aparılıb.
Son illər müxtəlif şirkətlər, hüquqi və fiziki şəxslər tərəfindən respublikaya gətirilən buğda və arpa sortlarının yerli şəraitə uyğunluğunu müəyyən etmək üçün İsmayıllı (dəmyə şəraitdə) və Salyan (suvarma şəraitdə) DSSM-lərdə nümayiş əkinlərinə aid səpin işləri aparılıb. Bu məqsədlə hər iki məntəqədə İtalya, Fransa, Türkiyə və Rusiya mənşəli 28 yumşaq buğda, 6 bərk buğda və 8 arpa sortu sınaq üçün əkilib. Nümayiş əkinlərinə xarici sortlarla bərabər hazırda respublika ərazisində geniş əkin sahəsinə malik olan yerli “Qobustan”, “Fatimə”, “Qırmızıgül 1”, “Əsgəran” və s. sortlar da daxil edilib.
Qeyd olunan məntəqələrdə hazırda sort-sınaq işlərinə aid fenoloji müşahidələr və qiymətləndirmə işləri aparılır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024