Rusiya Kənd Təsərrüfatı Nazirliyi ilə Stavropol Dövlət Aqrar Universitetində Rusiya Federasiyasında Stavropol şəhərində keçirilən Beynəlxalq elmi praktik konfransa Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fondunun nümayəndələri də iştirak edib.
Konfransı giriş sözü ilə Stavropol Dövlət Aqrar Universitetin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor, kənd təsərrüfatı üzrə elmlər doktoru Truxaçyov Vladimir İvanoviç açaraq, çıxış üçün sözü Dövlət Toxum Fondunun sədri Emin Əliyevə verib.
Emin Əliyev konfrans iştirakçılarını salamlayaraq, ölkəmizdə iqtisadi inkişaf və kənd təsərrüfatında aparılan islahatlar barədə məlumat verib. Eyni zamanda Dövlət Toxum Fondunun Stavropolda fəaliyyət göstərən toxum istehsalçıları ilə əməkdaşlığı haqqında da danışıb.
Konfrans çərçivəsində Stavropol Dövlət Aqrar Universiteti ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fondu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Don Dövlət Aqrar Univerisitetin professoru K.İ. Pimonov ilə də Universitetin istehsalat müəssisələrinin yüksək məhsuldarlıqlı noxud və mərci toxumunun sort sınağının Azərbaycanda həyata keçirilməsinə dair ilkin razılaşmalar əldə edilib.
Həmçinin, Samara Elmi Tədqiqat Kənd Təsərrüfatı Institutunun rektoru, akademik Şevçenko Sergey Nikolayeviçlə görüş keçirilib. Görüşdə yüksək reproduksiyalı və yüksək məhsuldar toxumlarının sort sınağının Azərbaycanda həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Bundan əlavə “Meşerskiy” Elmi Texniki Mərkəzin direktoru Majayskiy Yuriy Anatoliyeviç, Federal Büdcə Təşkilatlarının Dövlət Aqrokimya Mərkəzi Xidmətinin direktoru Podkolzin Oleq Anatoliyeviç, Peterburq Elmlər Akademiyasının akademiki, professor Osipov Anatoluy İvanoviçlə də gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024