Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə edX platforması arasındakı əməkdaşlığın ilkin nəticələri açıqlanıb. İndiyədək ADAU üçün ayrılmış 5000 lisenziyadan 47 lisenziya aktivləşdirilərək istifadə edilib. Lisenziyaları aktivləşdirən istifadəçilərdən 41 nəfəri minimum 1 kursa qoşulub. İştirakçılar kursları müvəffəqiyyətlə bitirərək ümumilikdə 87 sertifikat əldə ediblər.
İştirakçılar Harvard, University of Washington, University System of Maryland, Universitat Politècnica de València universitetlərinin, The Linux Foundation, TUDelft, IBM, Microsoft təşkilatlarının təqdim etdiyi biznes, biznesin idarəedilməsi, sahibkarlıq, kompüter bilikləri, araşdırma, iqlim dəyişiklikləri, texnologiya, liderlik istiqamətləri üzrə ingilis və ispan dilində olan kurslarda iştirak edərək yüksək nəticələr əldə ediblər.
ADAU ilə edX platforması arasındakı əməkdaşlıq 2021-ci il mart ayından başlayıb. İstifadəçilərin marağına səbəb olan bu təşəbbüs rəğbətlə qarşılanıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024