Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində müstəqil ekspertlərin hazırlanması üzrə növbəti təlimlər keçirilir. Aqrar Sığorta Fondunda təşkil edilən təlimlərdə bitkiçilik üzrə ekspertlər aqrar sığorta məqsədləri üçün zəruri biliklərlə təmin edilirlər.
Azərbaycanda müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması prosesi 3 mərhələdən ibarətdir. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 2 test imtahanında iştirak etməli və Aqrar Sığorta Fondunun təlimlərində iştirak etməlidirlər. Hazırda Fondda bitkiçilik ixtisası üzrə ilk test imtahanından uğurla keçən namizədlərin təlimləri davam edir.
Xatırladaq ki, aqrar sığorta ekspertləri baytar, aqronom və əlaqəli ixtisaslardan olan namizədlərdən ola bilər. Əkin sahələrinin, kənd təsərrüfatı heyvanlarının və balıqların sığortalanması zamanı ekspertlərin rəyi nəzərə alınır. Eləcə də, sığorta hadisəsi baş verərkən hadisəni araşdırmaq və dəymiş zərəri qiymətləndirmək də müstəqil ekspertlərin vəzifəsinə aiddir.
Göstərdikləri xidmət müqabilində müstəqil aqrar sığorta ekspertlərinə Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı, eləcə də təsərrüfatlara baxış üçün qət etdikləri məsafəyə görə yanacaq pulu verilir. Aqrar sığorta mexanizmi inkişaf etmiş ölkələrdə müstəqil aqrar sığorta eksperti peşəsi olduqca gəlirli fəaliyyət sahəsi sayılır.
Hazırda aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü, südlük inəklər və balıqçılıq təsərrüfatları sığortalanır. Fermerlər və təsərrüfat sahibləri payızlıq taxıl əkinlərini avqustun sonundan başlayaraq sığortalaya bilərlər.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Fermer sığorta haqqının yalnız 50%-i ödəyir, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024