Əkinçilik Elmi-Tədqiqat İnstitutu Almaniyanın “Syngenta” şirkəti ilə əməkdaşlıq edəcək. Əməkdaşlığın istiqamətlərini müəyyən etmək üçün institutda şirkətin nümayəndəsi ilə görüş keçirilib. “Syngenta”nın elmi tədqiqatlara böyük əhəmiyyət verdiyini deyən Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu Rasim Zamanov buğda, arpa, qarğıdalı və soya bitkisi, bu bitkilərin yerli iqlim amillərinə uyğunlaşması, bioloji sort xüsusiyyətlərinin yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın mümkünlüyünü bildirib. Qeyd edib ki, şirkət fermer və kənd təsərrüfatı idarələri ilə sıx əlaqə yaradaraq onlara müasir əkinçilik mədəniyyəti, texnologiyalarla düzgün iş qaydası, resurslara qənaət edərək məhsuldarlığın artırılması ilə bağlı məsləhətlər verir.
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, Əkinçilik Elmi- Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çıxış edərək ölkənin təlabatına uyğun əhəmiyyətli bitkilərin birgə seleksiya işlərinin təşkili, yeni tezyetişən sortların yaradılması, gübrələrin tətbiqi istiqamətində tədqiqatların aparılması ilə bağlı təkliflərini irəli sürüblər.
İnstitut kollektivi ilə birgə aparılmış müzakirədə kadr hazırlığına xüsusi diqqət yetirilməsi təklif olunub və ixtisaslı gənc kadrların Almaniyada təcrübə keçmələrinin təşkili qərara alınıb. Görüşdə vurğulanıb ki, gələcəkdə Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığı aqrar sahəyə öz bəhrəsini verəcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024