Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında görüş keçirilib. Görüşdə institutun direktoru Cavanşir Təlai taxılçılıq sahəsində görülən seleksiya və toxumçuluq işləri, rayonlaşmış və dövlət reyestrində olan taxıl sortlarının üstünlükləri haqqında məlumat verib.
“Moran Agro” MMC-nin direktoru Elçin Emil rəhbərlik etdiyi qurumun kənd təsərrüfatı sahəsindəki fəaliyyəti, əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verərək institutla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, tərəflərin razılığı ilə institutun 3 yumşaq buğda sortu müxtəlif gübrə normalarında nümayiş etdiriləcək, ictimaiyyətə açıq tarla platformasında digər fermerlər üçün tərəflər arasında razılaşdırılmış və təsdiqlənmiş tədbirlər planına uyğun elmi-praktiki seminarlar, tarla günləri və təlimlər təşkil olunacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024