Xorvatiya və Macarıstanda “Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram” (IWWIP) çərçivəsində beynəlxalq səyyar seminar keçirilib. Tədbirdə Mərkəzi və Qərbi Asiya, Cənubi Qafqaz, Qərbi və Şərqi Avropa, Şimali Amerikanı təmsil edən 15 ölkədən 70-ə yaxın nümayəndə iştirak edib. Proqramın əsas məqsədi Mərkəzi və Qərbi Asiya, Cənubi Qafqaz regionları üçün payızlıq və fakultativ buğdaların genetik materiallarını yaxşılaşdırmaq və inkişaf etdirməkdir.
Beynəlxalq səyyar seminarda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai, institutun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov iştirak ediblər. Tədbir iştirakçıları Xorvatiyanın Osiyek və Macarıstanın Martanvaşarda fəaliyyət göstərən kənd təsərrüfatı institutlarına, onların təcrübə təsərrüfatlarına səfər ediblər. Onlar burada rayonlaşmış və Avropa Birliyinin kataloquna daxil edilmiş payızlıq yumşaq buğda sortları, onların üstünlükləri, buğda seleksiyası proqramında nəzərdə tutulmuş fəaliyyətlər, toxum istehsalı, dən keyfiyyəti, xəstəliklərə davamlılıq istiqamətində aparılan molekulyar seleksiya fəaliyyətləri, genbankla yaxından tanış olub.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai tədbirin proqramına uyğun olaraq “İWWİP proqramı çərçivəsində Azərbaycanda aparılmış seleksiya işlərinin nəticələri” mövzusunda təqdimatla çıxış ebib. O, Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların strukturu, payızlıq buğdanın son beş ildə əkin sahəsi və təsərrüfat göstəriciləri, institutun tədqiqat prioritetləri, İWWİP proqramları çərçivəsində introduksiya edilmiş genetik materialların həcmi, müşətərək yaradılmış, rayonlaşmış və sınaqda olan yumşaq buğda sortları və onların morfobioloji xüsusiyyətləri barədə məlumat verib. Tədbir iştirakçıları tərəfindən Azərbaycanda buğdanın seleksiyası ilə bağlı aparılan işləri yüksək qiymətləndirilib.
Tədbirin sonunda İWWİP xətti ilə aparılan payızlıq buğdanın seleksiyası işləri və son iki ildə əldə edilən nəticələr, beynəlxalq səyyar seminarın yekunları və gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024