“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi gübrə, toxum, pestisid təchizatçılarının, eləcə də baytarlıq, fitosanitariya xidmətləri göstərənlərin özlərini fermerlərə tanıtması üçün ən yaxşı platformadır”. Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə deyib.
“EKTİS təchizatçılara imkan verir ki, rəqabətə dözümlü qiymət, keyfiyyətli və çeşidli məhsul təklif etməklə sistemdə qeydiyyatdan keçmiş fermerləri öz alıcılarına çevirsinlər. Bu platforma həm təchizatçılara, həm də fermerlərə seçilmək və seçim üçün böyük üstünlüklər təqdim edir”.
EKTİS-də təchizatçıların qeydiyyat modulunun təqdimatı mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev gübrə və pestisid bazarının tamamilə liberallaşdığını bildirib: “Hal-hazırda EKTİS-də 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib. Lakin görüşdə iştirak edənlərin və bizimlə əlaqə saxlayan, müxtəlif səbəblərdən görüşə qatılmayanların sayı bu rəqəmin bir neçə dəfə artıq olduğunu söyləməyə bizə imkan verir”.
Mirzə Əliyev görüşün əsas məqsədinin təchizatçıları EKTİS-də qeydiyyatdan keçməyi sürətləndirməyə səsləmək olduğunu vurğulayıb. Agentlik sədri qeydiyyatdan keçmə prosedurunu əvvəldən sonadək iştirakçılara nümayiş etdirib. Payızlıq əkinlərə gübrə vermək vaxtının başladığını qeyd edən Mirzə Əliyev təchizatçıları qeydiyyatdan keçməyə, satışlarını həyata keçirən mağazları pos-terminallarla təmin etməyə çağırıb. O, Subsidiya İnformasiya Sistemində bu günədək 465 321 fermerin 594 855 təsərrüfatını qeydiyyatdan keçdiyini bildirib. Fevralın 4-dək 245 387 fermerə məxsus 336 954 təsərrüfat təsdiq edilib. 342 min fermer tərəfindən 690 min əkin payızlıq əkin bəyanı SİS-ə daxil olunub. Bundan 243 min fermer tərəfindən edilmiş 431 min əkin bəyanı yoxlanılıb və təsdiq edilmiş sənədlər üzrə 719 min hektar əkin bəyanı SİS-ə daxil edilib.
Fermerlərin subsidiyaları yeni qaydalarla alacağına hazırlıqların tam sürətlə getdiyini deyən AKİA sədri bu günədək 179000 ədəd “Fermer kartı”nın sifariş olunduğunu vurğulayıb. Çap olunmuş 163000 ədəd “Fermer kartı” hal-hazırda tərəfdaş bankın yerli filialları tərəfindən fermerlə paylanır.
Görüşdə təchizatçıları maraqlandıran suallara aydınlıq gətirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024