Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasında şöbə və laboratoriyalar üzrə elmi və elmi-təşkilati işlərlə əlaqədar hesab yığıncağı keçirilib. Tədbirdə çıxış edən institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov şöbə və laboratoriyaların 2019-cu ildə həyata keçirdikləri elmi işlər haqqında ətraflı məlumat verib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) direktor müavini Fərman Kərimov elmi-tədqiqat işlərinin mövzularının müəyyənləşdirilməsi və həyata keçirilməsi, elmi-tədqiqat işlərinin həyata keçirilməsinə nəzarət, monitorinqi və qiymətləndirlməsi istiqamətində həyata keçirilən tədbirlərə toxunub. Bildirilib ki, aqrar sahədə elmi-tədqiqat işlərinin metodikaya uyğun həyata keçirilməsi ilə bağlı yeni prosedur qaydalar müəyyənləşdirilib. Qeyd olunub ki, elmi-tədqiqat işlərinin tətbiq yönümlü olması əsas hədəflərdəndir və bütün tədqiqat işlərinin nəticələri istehsalatda tətbiq olunmalıdır. O əlavə edib ki, fermerlərin maarifləndirilməsi məqsədilə keçirilən təlimlərin keyfiyyətinin artırılması da əsas məqsədlərdəndir.
Elmi-tədqiqat işlərinin aparılmasına nəzarətin gücləndirilməsi məqsədilə AEİM-də monitorinq komissiyasının yaradıldığını vurğulayan F.Kərimov bildirib ki, əvvəlki illərdən fərqli olaraq növbəti illərdə təkcə şöbə və laboratoriya müdirlərinin yox, həm də elmi işçilərin gördükləri işlər haqqında məlumatlar toplanılacaq.
“Azərbaycan aqrar elmi” jurnalının bundan sonra yeni məzmunda və nəfis tərtibatda dərc olunacağını qeyd edən direktor müavini jurnalın bütövlükdə aqrar sahədə çalışanların elmi-təcrübi ehtiyaclarını ödəyəcək bir mənbəyə çevriləcəyinə əminliyini bildirib.
Daha sonra institutun şöbə və laboratoriyalarının hesabatları dinlənilərək müzakirə olunub və qəbul edilib. Üzümçülük və şərabçılıq sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024