Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan qurumlar tərəfindən regionlarda taxılçılıqla məşğul olan fermerlərin əlverişsiz iqlim amillərinə qarşı mübarizə tədbirləri mövzusunda maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Payızlıq taxıl əkinlərində qulluq işlərinin davam etdirilməsi, yemləmə gübrəsinin verilməsi, xəstəlik və ziyanvericilərə qarşı mübarizə, təhlükəsizlik tədbirlərinin təşkili mövzusunda növbəti sahə təlimi Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən təşkil olunub. Şəki rayonunun Turan qəsəbəsində baş tutmuş sahə nümayişində mərkəzin direktoru Qərib Novruzlu tərəfindən payızlıq taxıllara yemləmə gübrəsinin - ammonium nitratın bitkinin inkişaf fazalarından asılı olaraq bir neçə dəfə verilməsi, taxılın xəstəlik və zərərvericiləri, onlara qarşı işlədilən pestisidlər haqqında geniş məlumat verilib. Bildirilib ki, əlverişsiz iqlim amillərinə qarşı məhsulun qorunması tədbirləri kimi dərman vasitələrindən istifadə edən zaman fermerlərin təhlükəsizlik qaydalarına və ekoloji mühitin qorunmasına ciddi əməl etmələri, istifadə edilən dərman qablarının utilizasiyası üçün ciddi tədbir görmələri son dərəcə vacibdir.
Tədbirdə fermerləri maraqlandıran bir sıra suallara aydınlıq gətirilib, əsasən, yağıntıların orta çoxillik normadan aşağı olması nəticəsində əkinlərdə normal çıxışın olmaması müzakirə mövzusu olub. Həmçinin, torpaqda olan nəmliyin qorunub saxlanması məqsədilə məhsul yığıldıqdan sonra sahədə yay şumu əvəzinə diskiləmə aparılması, torpaqda əmələ gələn qaysaqların dağıdılması və torpaqda olan yarıqların ləğv olunmasının vacibliyi izah olunub. “Bu eyni zamanda, həmin dövrdə yağıntıların torpaqda daha çox toplanmasına imkan verir. İri təsərrüfatlarda növbəli əkin sisteminin tətbiqinin vacibliyi diqqətdə saxlanmalıdır”- deyə Q.Novruzlu bildirib.
Fermerlərə qlobal iqlim dəyişikliyinin səbəb olduğu su probleminin həllində innovativ suvarma sistemlərinin tətbiqinin əhəmiyyəti və torpaq mühafizəedici sistemlərin müasir əkinçilikdə əhəmiyyəti barədə ən son məlumatlar çatdırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024