10-11 oktyabr 2018-ci il tarixində Ukraynada “ExpoUniverse” beynəlxalq sərgi portalında Ukrayna və xarici ərzaq məhsulları istehsalçılarının imkanlarının nümayişinə aid onlayn qida sənayesi sərgisi keçiriləcək.
Onlayn qida sənayesi sərgisi ərzaq, avadanlıq və qablaşdırma istehsalçılarının, eləcə də xammal və inqrediyent tədarükçülərinin, ticarət şəbəkələri və distribyutorların bir araya gələcəyi Ukraynanın ilk onlayn sərgisidir. İştirakçılara əsas qərarları qəbul edən şirkətlərin nümayəndələri ilə ünsiyyət üçün unikal imkan təqdim ediləcək.
Tədbirin məqsədi iştirakçılara ərzaq məhsullarının istehsalı üzrə imkanlarını təqdim etməyə, ərzaq sahəsində yenilikləri nümayiş etdirməyə imkan yaratmaqdır. Bu, müxtəlif ölkələrin şirkətlərini və iş adamlarını vahid informasiya məkanında birləşdirən tədbirdir. Onlayn sərgidə iştirak səyahət, yaşayış və avadanlığın nəql edilməsi üzrə vəsaitlərin əhəmiyyətli dərəcədə qənaət edilməsinə şərait yaradır. Sərgidə Ukrayna, Polşa, Macarıstan, Sloveniya, Rumıniya, Bolqarıstan, Çexiya, Belarusiya, Qazaxıstan və digər ölkələrdən şirkətlər iştirak edəcək.
Sərgi haqqında daha ətraflı məlumatı https://expo-universe.com/exhibition-entrance/49/ linkinə daxil olaraq almaq mümkündür.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024