FAO tərəfindən “Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkə fəlakəti riskinin azaldılması” layihəsi çərçivəsində “Master-təlimçilərin hazırlanması üçün ASDC, CCALM proqramları üzrə və pestisid riskinin azaldılması da daxil olmaqla monitorinq və məlumat idarəçiliyi” mövzusunda onlayn təlimlər keçirilib.
Təlimlərdə Aqrar Xidmətlər Agentliyinin Fitosanitar və aqrokimyəvi xidmətlərin tənzimlənməsi şöbəsinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin və yerli qurumların mütəxəssislərindən ibarət 22 nəfər iştirak edib.
Təlimlər FAO-nun beynəlxalq məsləhətçisi, ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçininski və Coğrafi İnformasiya Sistemləri (GİS) üzrə ekspert Nadiya Muratova tərəfindən aparılıb. Təlimlərdə zərərvericilər əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyirtkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndirilməsi üsulları, Məlumatların Toplanması və Standartlaşdırılması üzrə Avtomatlaşdırılmış sistem (ASDC) və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair ətraflı məlumatlar verilib. Həmçinin "Çəyirtkələrlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması” və çəyirtkələrlə mübarizə kampaniyası dövründə yarana biləcək risklərin müəyyən edilməsi və qarşısının alınmasına yönəldilmiş tədbirlər barədə müzakirələr aparılıb. Gələçəkdə bu cür tədbirlərin mütəmadi və davamlı olaraq keçirilməsi tövsiyə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasında daha çox təhlükə törədən Mərakeş və İtaliya çəyirtkələri hesab olunur və əsas məskunlaşma yerləri Ceyrançöl, Eldar düzü, Haramı duzu, Küdrü və Acınohur çölləri əraziləridir. Çəyirtkəkimilər polifaq zərərvericilər qrupuna daxildir və sürü əmələ gətirərək demək olar ki, bütün bitki növlərini məhv edirlər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024