Bakıda 11-14 aprel 2019-cu il tarixlərində “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda fermerlər üçün təlim-seminar keçirilib.
Tədbir Kənd Təsərrüfatı Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin birgə tərəfdaşlığı ilə baş tutub.
Təlim-seminarda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov iqlim dəyişikliyinin aqrar sahəyə təsiri məsələsinə toxunub. Nazir müavini bildirib ki, müasir texnologiyaların tətbiqi ilə fermerlər iqlim dəyişikliyinin mənfi təsirini yumşalda bilərlər.
Təlimdə iqlim dəyişikliyinin ətraf mühit, iqtisadi inkişaf, sosial rifah və insan sağlamlığına təsiri, iqlim dəyişikliyinin mümkün mənfi təsirinin aradan qaldırılması, həmçinin iqlim dəyişikliyinə adaptasiya və s. mövzularda təqdimatlar keçirilib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev “İqlim dəyişikliyi və kənd təsərrüfatı” mövzununda təqdimatla çıxış edib, fermer təsərrüfatlarında iqlim dəyişikliyinə adaptasiya və onun mənfi təsirinin yumşaldılması üçün tətbiq edilən texnologiyalar barədə fermerlərə geniş məlumatlar verib.
Təlim-seminarda qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024