\"AZƏRTAC\" VƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
“Xurma insan üçün çox faydalı meyvədir. Meyvənin tərkibində olan fosfor insan beyninin ehtiyaclarını təmin edir. Bu meyvənin sinir sisteminə sakitləşdirici təsir göstərmək xüsusiyyəti var. Xurma böyrək daşını əridir, görmə qabiliyyətini gücləndirir”. Bu fikirləri Göyçay rayonunun Qızılağac kənd sakini, fermer Gündüz Mahmudov deyib.
O 20 hektar sahədə xurma bağı saldığını bildirib: “Xurma bağımın ümumi sahəsi 20 hektardan ibarətdir. Ağaclara aqrotexniki qaydada qulluq edirik. Bu sorta xalq arasında “şişburun xurma” deyilir. Dequstasiya indeksi yüksək olduğuna görə insanlar arasında çox populyardır. Şişburun xurmanın tərkibində yod çoxdur, bu səbəbdən qalxanvari vəz xəstəliklərindən əziyyət çəkən insanlar üçün əvəzsiz meyvədir”.
Təsərrüfatçı artıq məhsulun yetişmə ərəfəsində olduğunu deyib: “Noyabrda xurma tam yetişmiş olacaq. Hazırda 20 hektarlıq bağda 20-dək ailənin üzvləri çalışır. Məhsulumuzu həm daxili bazarda satmaq, həm ixrac etmək istəyirik. Arzu edirik ki, qonşu dövlətlər də AzərbaycandaŞ xüsusilə Göyçayda yetişən bu xurmanın dadını bilsin”.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024