Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Azərbaycana “Aqrolizinq” vasitəsilə gətirilən, təsərrüfatlarda bəslədiyimiz iribuynuzlu mal-qara ölkəmizdə heyvanların cins tərkibini yaxşılaşdırır”. Bu fikirləri müəllifi Xaçmaz rayonunun Sayad kəndində fəaliyyət göstərən “Real” MMC fermer təsərrüfatının nümayəndəsi Ramazan Lekayevdir.
Fermer çalışdığı təsərrüfatın heyvandarlıq üzrə ixtisaslaşdığını deyir: “Təsərrüfatımızda ətlik-südlük cins olaraq İsveçrənin “Simmental” və Almaniyanın südlük istiqamətli “Holşteyn-Friz” cinsli heyvanları bəslənilir. Bu heyvanları “Aqrolizinq” yolu ilə gətirmişik. Təsərrüfatımızda bu heyvanlardan sağılan süd gündəlik olaraq süd emalı zavodlarına təhvil verilir. Kökəltmə məqsədi ilə yetişdirilən danalar kəsim məntəqələrinə göndərilir, onların satışı bu məntəqələr vasitəsilə həyata keçirilir. Bundan əlavə ana heyvanlardan əldə olunmuş buzovlar əhaliyə satılır. Bu da ətraf rayon və kəndlərdə heyvanların cins tərkibinin yaxşılaşmasına müsbət təsir göstərir”.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024