“Gavalı özünə qulluq tələb edən meyvədir. Meyvənin gübrəsi, dərmanlanması və ziyanvericilərə qarşı mübarizə tədbirləri vaxtı-vaxtında aparılmalıdır, ən əsası ağacların budanmasına xüsusi diqqət yetirilməlidir”. Bu fikirlər Quba rayonunun Dəlləkli kəndində yerləşən fermer təsərrüfatının rəhbəri Roman Əhmədova məxsusdur.
O təsərrüfatda damcı sulama sisteminin tətbiq olunduğunu deyir: “Təsərrüfatımızda suvarma sistemi damcı üsulu ilə aparılır, çünki bu üsul ağacların su ilə təmin olunması üçün ən effektli vasitədir. Biz ağacların gübrəsini də damcı üsulu ilə veririk. Belə ki, suya gübrə qatılir və ağaclara su və gübrə verilməsi eyni vaxtda aparılır. Bu üsul məhsuldarlığın artmasına güclü təsir göstərir”.
Roman Əhmədov deyir ki, təsərrüfatda müxtəlif gavalı sortları yetişdirilir: “Gavalı sortlarımızdan “Kiyev”, “Angelina” , “Prezident” və digər sortların adlarını çəkmək istərdim. Yəni çeşidlərimiz çoxdur. Hər bir sort arasında yetişmə intervalı var. Yığım zamanı bu üsul işimizi tənzimləməyə də kömək edir. Xarici qonaqlarımız Quba gavalısına xüsusi maraq göstərir. Biz gavalı məhsullarımızı xarici bazarlara da çıxara bilirik”.
Fermer gavalının insan orqanizmi üçün çox faydalı olduğunu bildirir: “Ümumiyyətlə, gavalı meyvəsi mədə-bağırsaq sisteminə və həzmə müsbət təsır göstərir. Bu meyvənın müsbət keyfiyyətləri insan sağlamlığı üçün çox faydalıdır”.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024