Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda fermer və sahibkarlar üçün infotur təşkil olunub. İnforturun məqsədi fermer və sahibkarlara hidropon üsulu ilə yetişdirilən yaşıl yem konteynerinin nümayiş etdirilməsi, bu üsulla hazırlanmış yaşıl yemin heyvandarlıqdakı rolu və yaşıl yemin heyvanlar tərəfindən mənimsənilməsi barədə məlumatlandırmaq olub.
İnfoturda Aqrar Elm və İnnovasiya Mərkəzinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və kollektivi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri, respublikamızın müxtəlif regionlarından olan fermer və sahibkarlar iştirak ediblər.
Tədbir iştirakçılarına Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti barədə məlumat verilib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Yemləmə, yemlər və yem əlavələrinin analizi” laboratoriyasının kiçik elmi işçisi Zahid Tağıyev “Hidropon üsulu ilə yaşıl yemin yetişdirilməsi” mövzusunda təqdimatla çıxış edib. Hidropon üsulu ilə yaşıl yemin yetişdirilməsi texnologiyasının vacibliyi, tətbiq sahəsi və gələcək perspektivləri barədə müzakirələr aparılıb.
Daha sonra infotur iştirakçıları hidropon üsulu ilə yaşıl yem yetişdirilən konteyner-qurğuya, institutun müasir avadanlıqlarla təchiz olunmuş “Yemləmə, yemlər və yem əlavələrinin analizi” laboratoriyasına baxış keçirib, Yardımçı Təcrübə Təsərrüfatında hazırlanmış yaşıl yemin heyvanlara verilməsi prosesi ilə tanış olublar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024