Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müəyyən olunmuş təlim proqramına uyğun olaraq fermerlərin maarifləndirilməsi məqsədilə təlimlər davam etdirilir.
Təlim proqramı çərçivəsində 29 yanvar-12 fevral tarixləri arasında 1289 fermerin iştirakı ilə aqrar sahədə fermerləri maraqlandıran mövzular üzrə ümumilikdə 35 təlim keçirilib.
“Barama istehsalının səmərəli təşkili” ilə bağlı təlim proqramı çərçivəsində 1097 kümçü fermerin iştirakı ilə 36 Dövlət Aqrar İnkişaf Mərkəzində onlayn formada 8 təlim keçirilib.
Salyan, Tərtər, Quba, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri tərəfindən keçirilən 16 əyani təlimdə 172 nəfər və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən 3 onlayn təlimdə isə 20 nəfər iştirak edib.
Fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlər davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024